Bakı-Tbilisi-Qars dəmir yolu üçün 10 yeni vaqon gətiriləcək
17:29 21 Avqust 2019
2020-ci ilin birinci rübündə Bakı-Tbilisi-Qars dəmir yolu üçün daha 10 vaqonun gətirilməsi gözlənilir.
Bunu Trend.az-a İsveçrənin “Stadler Rail Group” şirkətindən bildiriblər.
Məlumata əsasən, həmin vaqonlar hazırda Minskdəki zavodda istehsal olunur.
Qeyd edək ki, daha əvvəl “Azərbaycan Dəmir Yolları” QSC Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşımaları üçün yeni vaqonların gətiriləcəyini bildirmişdi. Bu ilin əvvəlində Azərbaycanda “Stadler” şirkətinin yeni vaqonları gətirilmişdi.
Femida.az
Oxunub: 566