2677 əcnəbiyə iş icazəsi verilib


17:40     21 Avqust 2019 19_08_21_1566394882.jpg


Bu ilin 7 ayı ərzində xidmət sahəsində işləyənlərin 20,6 faizi təhsil sahəsinin payına düşür.


Femida.az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin hesabatında əks olunub.

Hesabatda bildirilir ki, 2019-cu ilin II rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrinə malik əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 2677 nəfər olub.

Onlardan 5,1 faizinə təhsil sahəsində məşğul olmaq üçün iş icazələri verilib. Bundan başqa, 2019-cu ilin yanvar-iyun aylarında peşə, elmi və texniki fəaliyyət üzrə bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 145,1 saat təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 438


Oxşar xəbərlər