Bu keçid bağlanır


18:23     21 Avqust 2019 19_08_21_1566395054.jpg


Bakının Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişdiyi yerdə - 13-cü kilometrin 3-cü piketində (Sabunçu stansiyasının girişi) eyni səviyyəli dəmir yolu keçidi yeraltı tunellə əvəz olunacaq.


Femida.az xəbər verir ki, məqsəd Bakı-Sabunçu-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, təhlükəsizliyin təmin olunması ilə bağlıdır.

Bununla əlaqədar olaraq, 22 avqust 2019-cu il səhər saat 08:00-dan etibarən həmin keçiddən avtomobillərin hərəkəti dayandırılacaq.

Yeni tunelin inşası başa çatana qədər avtomobil sürücülərindən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 391