Rusiya vətəndaşı Qazaxda ölüb

Rusiya vətəndaşı Qazaxda ölüb


20:04     21 Avqust 2019 19_08_21_1566402766.jpg

Qazaxda Rusiya vətəndaşı ölüb.

APA-nın məlumatına görə, avqustun 20-də saat 15:30 radələrində Rusiya Federasiyası vətəndaşı, 1946-cı il təvəllüdlü Nazim Hüseynov qonaq gəldiyi Qazax rayonu Canallı kəndindəki evin həyətində qəfildən ölüb.

İlkin ehtimala görə, N.Hüseynov ürək çatışmazlığından vəfat edib.

Ölümün dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 187