İmişlidə üç avtomobil toqquşub, yaralananlar var


20:44     21 Avqust 2019 publika.az1397292007qeza.jpg

İmişli rayonunda yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, bunlar 1968-ci il təvəllüdlü Dostməmməd Zöhrab oğlu Əsgərov, 1981-ci il təəvəllüdlü Adəm Tacir oğlu Cabbarov və Eyvaz Təvəkkül oğlu Soltanovdur.

Avtomobillər deformasiyaya uğradığından yaralılar nəqliyyat vasitələrindən Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılıb və İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Açar sözlər:

Oxunub: 400