Övladını zəncirləyən valideynlə bağlı cinayət işi başlanıb
21:17 21 Avqust 2019
Bəzi kütləvi informasiya vasitələrində azyaşlının valideyni tərəfindən zəncirlə bağlanması barədə məlumatlar dərc olunub.
Bakı şəhər prokurorluğundan Femida.az-a verilən məlumata görə, həmin xüsusat üzrə aparılmış araşdırmalar nəticəsində 2010-cu il təvəllüdlü uşağın anası İsmayılova Şəhanə Məhərrəm qızı tərəfindən kirayədə yaşadıqları Nəsimi rayonu, Cavadxan küçəsi, 56 saylı evin 91-ci mənzilində nadinc hərəkətlər etdiyinə görə ayağından zəncirlə bağlamaqla qanunsuz azadlıqdan məhrum edilməsinə əsaslı şübhələr olduğundan faktla əlaqədar avqustun 21-də Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə hadisə yerinə baxış keçirilməklə maddi sübutlar götürülüb, hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, tibbi və məhkəmə psixoloji ekspertizaları təyin edilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 534
Oxşar xəbərlər
- Övladını tək böyüdən qadının işlə təminatı üçün sosial müəssisə yaradılacaq
- Övladını küçəyə atan ana ilə bağlı araşdırmalara başlanılıb
- Övladının ad günündə qayınanasını öldürən şəxsə hökm oxunub
- Övladını su kanalına atan anaya cinayət işi açıldı
- Övladını "otlamağa" məcbur edərək videoya çəkən ata həbs edilib - RƏSMİ
- Övladını məktəbə yola salırdı - Maşın vurub öldürdü
- Övladınızın narkotikaya qurşandığını göstərən 10 əlamət – Valideynlərin diqqətinə!
- Övladınızın narkotikaya qurşandığını göstərən 10 əlamət – Valideynlərin diqqətinə!
- Övladının ölümünə dözməyən ana intihar etdi - Sumqayıtda faciəvi olay