Qubada ağır qəza: Bir ailənin üç üzvü yaralandı


09:06     22 Avqust 2019 klinika.jpg


Ötən gün Quba-Nügədi yolunda avtomobil qəzası baş verib.


Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, qəza nəticəsində xəsarət alan 31 yaşlı Sevil Orucəliyeva, həyat yoldaşı 34 yaşlı Yaşar Kərimov və qayınanası 59 yaşlı Leysan Kərimova Quba Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

Baş həkimin bildirdiyinə görə, yaralıların vəziyyəti orta- ağırdır. Xəsarət alanların hamısı Qubanın Rostov kənd sakinləridir.

Femida.az

Açar sözlər: #Quba  

Oxunub: 461