Putin, Ərdoğan və Ruhani Ankarada görüşəcək


09:11     22 Avqust 2019 19_08_22_1566450714.jpg


Rusiya, İran və Türkiyə liderlərinin sammiti sentyabrın 16-da Ankarada keçiriləcək.

Femida.azxəbər verir ki, bu barədə Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın məlumat verib.

Onun sözlərinə görə, Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğanın üçtərəfli görüşündə əsasən Suriya məsələsi müzakirə ediləcək.

Xatırladaq ki, üç ölkə rəhbərinin ilk görüşü 2017-ci ildə Soçidə keçirilib.

Femida.az

Açar sözlər: #siyasət  

Oxunub: 354