İsmayıllıda 3 uşaq anası itkin düşüb - FOTO


09:40     22 Avqust 2019 itkin%20qız.jpg


İsmayıllıda 3 uşaq anası itkin düşüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, 1989-cu il təvəllüdlü İsmayıllı rayonu Qalınçaq kənd sakini, 3 uşaq anası Pərvanə Bədəlova iyulun 28-də gecə saatlarında 4 yaşlı övladını da özü ilə götürərək yaşadığı ünvandan naməlum istiqamətə gedib.

P. Bədəlovanın boyu 160 sm, gözlərinin rəngi qaradır.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər, (050) 280-45-00, (050) 656-99-00 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.



Femida.az

Açar sözlər: #itkin  

Oxunub: 532