Yeni vəfat edən xanımın məzarından qadın şəkilləri və dualar tapıldı


09:56     22 Avqust 2019 19_08_22_1566453427.jpg


Gəncədə naməlum şəxslər yeni vəfat edən xanımın məzarına şəkillər və müxtəlif dini yazılar olan kağızlar basdırıblar. Femida.az bildirir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin keçmiş sədr müavini Vasif Akifli sosial şəbəkədə məlumat verib.

Onun sözlərinə görə, ustalar məzar daşını yerləşdirmək istəyərkən bu halla qarşılaşıb.

V.Akiflinin fikirlərini təqim edirik:

"Bilənlər bilirki az müddət əvvəl anam vəfat etdi.Adət üzrə anamın 40 mərasiminə kimi məzarı hazırlnır,təmir təmizlik işləri gedirdi. Məzar daşı hazır olub üzərinə yerləşdirilməsi üçün qəbirin əlavə torpağını təmizləyən ustalar məzarın bir neçə sm dərinliyinə basdırılmış bu iki şəkili və duları tapıblar. Eşitmişdim, az çox məlumatım var idi ki, bu cür caduları yeni məzarların torpağı ilə edirlər. Şəkillərdəki xanımları tanımıram.Bəlkədə yazıqların hansısa ən yaxın qohumu,rəfiqəsi,bəlkədə ailə üzvlərindən biri edib bunu! Amma təəssüf etdiyim ən vacib məqam bunu elətdirənlərin yox edənlərin olmasıdır. Siz kimsizniz ki tanrının işinə qarışıb, kiminsə həyatı ilə belə qara əməllərlə oynayırsınız?!".

Qeyd edək ki, hadisə Gəncə şəhərində, İmamzadə ziyarətgah məzarlığında baş verib.









Femida.az

Açar sözlər: #Gəncə   #məzar  

Oxunub: 362