DİN: Avtomobili park edəndə salonda qiymətli əşyalar saxlamayın

DİN: Avtomobili park edəndə salonda qiymətli əşyalar saxlamayın


11:10     22 Avqust 2019 2019/08/def9c26b-c9b8-461c-8292-da01a9eac9e5_1566458515.jpg


Bakıda avtomobildən oğurluq olub.


DİN-in Mətbuat xidmətindən Femida.az-a bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-də Tbilisi prospektində Bakı şəhər sakini Q.Əkbərova məxsus “Daewoo” markalı avtomobildən açıq qalmış pəncərədən girmək yolu ilə mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini F.Məmmədov saxlanılıb.

DİN bir daha vətəndaşların nəzərinə çatdırır ki, avtomobillərini park etdikdə və ya qısa müddətdə ayrıldıqda belə nəqliyyat vasitələrinin qapılarını bağlasınlar, salonda qiymətli əşyalar saxlamasınlar.

Femida.az

Açar sözlər:

Oxunub: 144