Rusiyanın 3 böyük şəhərində Azərbaycanın turizm potensialı təbliğ olunacaq


11:28     22 Avqust 2019 2019/08/8af8cbf7-b335-4e2e-9458-c58df359d50f_1566458932.jpg

Bu ilin avqustun 27-29 tarixlərində Azərbaycan Turizm Bürosu Rusiya Federasiyasının Yekaterinburq, Moskva və Kazan şəhərlərində silsilə təqdimatlar keçirəcək.


Bu barədə Femida.az-a Dövlət Turizm Agentliyindən bildirilib. Tədbirdə 3-ü hotel olmaqla, Azərbaycandan 10, Rusiyadan 100-ə yaxın turizm şirkəti iştirak edəcək.

Müxtəlif turizm istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) xarakterli görüşlər baş tutacaq. Görüşlər zamanı əməkdaşlıq imkanları müzakirə olunacaq və gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 578