Polisdən sakinləri qorxuya salan naməlum məxluqla bağlı AÇIQLAMA
12:23 22 Avqust 2019
Rəsmi qurumlar Ucar rayonunun Qaradağlı icra nümayəndəliyinə daxil olan Çini kəndində bədheybətin peyda olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupunun rəhbəri Toğrul Nəsirli APA-nın yerli bürosuna bildirib ki, polis əməkdaşları ərazidə xidmət aparırlar:
"Analoji hadisələr qonşu Ağdaş və İsmayıllı rayonlarında da baş vermişdi. Bu vaxta qədər heç bir qeyri-adi məxluqa rast gəlinməyib. Narahatçılığa heç bir əsas yoxdur. Bütün bunlar reallıqdan kənar bir məsələdir”.
Ucar Rayon İcra Hakimiyyəti Başçısının Qaradağlı kənd ərazi dairəsi üzrə nümayəndəsi Vüqar Zeynalov APA-ya açıqlamasında bu vaxta kimi kənddə belə bir hadisənin baş vermədiyini deyib:
"Bütün bunlar sadə insanlar arasında yayılan söz-söhbətdir. Kənddə heç bir qeyri-adi məxluq yoxdur və heç kəsə bu vaxta kimi ziyan dəyməyib. Kənd sakinləri arasında yayılan bu söz-söhbətlər reallığı əks etdirmir”.
Oxunub: 537
Oxşar xəbərlər
- Polisdən əməliyyat - 128 kq narkotik götürüldü (VİDEO)
- Polisdən uğurlu əməliyyat: 22 kq-dan artıq narkotik aşkarlandı
- Polisdən əhaliyə müraciət - Maska taxın, çalışın avtobusa minməyin!
- Polisdən bankomat oğrusu ilə bağlı əhaliyə MÜRACİƏT
- Polisdən “plyonka” xəbərdarlığı - 3 gün sonra...
- Polisdən uğurlu əməliyyat: Tutulanlar var
- Polisdən uğurlu əməliyyat: 28 cinayətin üstü açıldı
- Polisdən ən çox şikayət edilən rayonların adları açıqlanıb - SİYAHI
- Polisdən narkotacirlərə qarşı əməliyyat: Tutulanlar var
- Polisdən silsilə narkotik əməliyyatları - 6 nəfər TUTULDU