Bakıda mağazadan 20 min manatlıq oğurluq olub


12:33     22 Avqust 2019 19_08_22_1566462621.jpg

Bakıda mağazadan oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 20-də rayon ərazisindəki mağazaların birindən 20 000 manat dəyərində 150 ədəd avtomobil təkəri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Rəhimov, X.Sadıqov və Ağstafa rayon sakini M.Əliyev saxlanılıblar.

Açar sözlər:

Oxunub: 396