Tərtərdə iki yaşlı körpəni elektrik cərəyanı vuraraq öldürüb


12:42     22 Avqust 2019 tok%20usaq.jpg

Tərtər rayonunda bədbəxt hadisə baş verib.

Tərtər Rayon Prokurorluğundan Femida.az-a verilən məlumata görə, rayonun Azad Qaraqoyunlu kəndində 2017-ci il təvəllüdlü Üzeyir Fədail oğlu Xəlilzadəni elektrik cərəyanı vurub. Körpə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 490