İsti temperatur, diskomfort... - HAVA PROQNOZU
13:07 22 Avqust 2019
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 35-38° isti, Bakıda gecə 22-24° isti, gündüz 36-38° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 25-35% olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti təşkil edəcək.
REKLAM
win.gs
Daha ətraflı
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, avqustun 23-də Bakıda və Abşeron yarımadasında zəif küləyin üstünlüyü, arabir yaranan durğun hava şəraiti fonunda gündüz isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Femida.az
Oxunub: 549
Oxşar xəbərlər
- Daşkəsən istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
- Kəlbəcər və Tovuz istiqamətlərində mövqelərimiz atəşə tutulub
- Azərbaycan MN: "Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub"
- Kəlbəcər istiqamətində mövqelərimiz artilleriya atəşinə tutulur
- Sərhədin Laçın və Kəlbəcər istiqamətlərində Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib
- Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb
- Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz atəşə tutulub
- Xalq artisti Ənvər Həsənovun koronavirus testi pozitiv çıxıb, vəziyyəti ağırdır
- Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edilib
- Azərbaycan Ordusunun mövqeləri üç istiqamətdə atəşə tutulub