Yığmamızın sabiq baş məşqçisi vəfat edib

Yığmamızın sabiq baş məşqçisi vəfat edib


13:56     22 Avqust 2019 19_08_22_1566467807.jpg


Futzal üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Milton Luis Ziller Junior vəfat edib.


Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb. Bildirilib ki, braziliyalı mütəxəssis 57 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, "professor" ləqəbli Milton 2016-cı ildə Kolumbiyada keçirilmiş dünya çempionatının final mərhələsində millimizin baş məşqçisi olub. Komandamız ilk dəfə iştirakçısı olduğu mundialda mübarizəni 1/4 finalda dayandırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 204


Oxşar xəbərlər