Magistraturanın boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı başa çatır

Magistraturanın boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı başa çatır


15:23     22 Avqust 2019 19_08_22_1566473044.jpg


Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olan bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı sabah başa çatacaq.


Dövlət İmtahan Mərkəzindən Femida.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olunan bakalavrlar avqustun 15-dən avqustun 23-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər. Bakalavrlar tələb olunan sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 181