"Uşağını zəncirləyən ana valideynlik hüququndan məhrum olunmalıdır" - Mehriban Zeynalova


15:42     22 Avqust 2019 19_08_22_1566474081.jpg

Bakıda uşağın valideynləri tərəfindən zəncirlənməsi ilə bağlı faktın bəzi detalları üzə çıxıb.

Bu barədə Femida.az-a "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova danışıb. O, uşağa yardım etmək istədiklərini bildirib:

“Uşağa yardım etməyə hazırıq. Lakin biz müraciət edəndə artıq polis lazımi tədbiri görmüşdü. Daha sonra cinayət işi açıldı. Mən təklif verdim ki, uşağın saxlanılması və dövlət müəssisəsinə yerləşdirilməsi üçün köməklik edə bilərik. Uşağın şəkilini qonşular çəkmişdilər. Polisdən də məxfiliyi qorumağı xahiş ediblər”.



M. Zeynalova uşağın hansı səbəbdən zəncirləndiyinə də aydınlıq gətirib:

“Nənə kafedə işləyir, ananın hansı işlə məşğul olduğu bilinmir. Uşağı gündüz təkbaşına qoyub gedirlər. Gecə yarısı gəlirlər. Həmin müddətdə də uşağı zəncirlə bağlı saxlayırlar. Səbəb kimi də uşağın nadinc olmasını göstərirlər. Bizim mövqeyimiz budur ki, ana valideynlik hüququndan məhrum olunsun. Çox güman ki, məhkəmədən sonra belə də olacaq”.

Qeyd edək ki, Yevlax şəhərində anadan olan 2010-ci il təvəllüdlü Ö.H.-nin anası Şahanə İmayılova tərəfindən zəncirlə ayağından bağlamasına dair ilkin araşdırma zamanı müəyən olunub ki, ana öz övladını bacısı Aygün İsmayılova ilə birgə kirayədə yaşadığı ünvanda işdə olduqları müddətdə - saat 8:00-dan axşam saat 00-00 radələrinə qədər nəzarətsiz qoyublar. Bu müddət ərazində azyaşlının heç yerə getməməsi ayaqlarını zəncirlə bağlayıblar. Şahanə İmayılova oğlunun çətin tərbiyə olunan uşaq olduğunu əsas gətirərək, yay tətilinə görə Yevlax rayonundan gətirərək yaşadığı ünvanda bu addımı atdığını etiraf edib.

Məsələ ilə bağlı cinayət işi açılıb.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #uşaq   #ana   #valideyn   #zəncir  

Oxunub: 976