Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin daha bir görüşü nəzərdə tutulur

Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin daha bir görüşü nəzərdə tutulur


15:51     22 Avqust 2019 2019/08/024d6e64-7853-41dc-8985-7f6e4284f685_1566474749.jpg


Azərbaycanla Ermənistan xarici işlər nazirləri arasında Dağlıq Qarabağ münaqişəsinə dair daha bir görüşünün hazırlıq işləri görülür.


Bu barədə Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan jurnalistlərə bildirib.

Yeni görüşün vaxtı və formatı açıqlanmır.

“Danışıqlar prosesi davam edir, belə ki, yeni-yeni görüşlər mümkündür”, - deyə ermənistanlı nazir qeyd edib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında son görüş iyun ayında Vaşinqtonda keçirilmişdi. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 147