Tovuz sakini pensiya kartına görə - 83 yaşlı atasını öldürdü
16:01 22 Avqust 2019
Tovuz rayonunda qətl hadisəsi baş verib.
Femida.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Yerli sakin, 49 yaşlı Rasim Məsimov mübahisə zəminində atası 83 yaşlı Məsimov Müzəffər Bayram oğlunun başına çəkiclə zərbələr vuraraq onu qətlə yetirib.
İlkin məlumata görə, hadisəyə atanın oğluna verdiyi təqaüd kartını geri istəməsi olub. Bu zaman mübahisə yaranıb və nəticədə qətl törədilib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Telxanım Bağırova - qohum: "Dedi mən öldürmüşəm. Öldürəndən sonra da bibisigilə çıxıb gedib. Kartı vermədiyinə görə atamı öldürdüm deyib ".
Yusif Namazov - qohum: "Hər ikisi də sakit bir adam olub. Ağıla gəlməz bir şeydi. Kantuziyalı adam idi. Uzun müddət müharibədə olan adam olub. "
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.
Femida.az
Oxunub: 907
Oxşar xəbərlər
- Kəlbəcər və Tovuz istiqamətlərində mövqelərimiz atəşə tutulub
- İsmayıllı və Tovuzda qanunsuz ağac kəsilməsi aşkarlanıb
- Tovuzda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var
- Tovuzda avtomobillər toqquşub, xəsarət alan var
- Tovuzda toyda mübahisə düşüb, bıçaqlanan var
- Tovuzda gənc oğlan özünü asaraq intihar edib
- Tovuz sakinini elektrik cərəyanı vuraraq öldürüb
- Ermənistan Azərbaycan Ordusunun Tovuzdakı mövqelərini atəşə tutub
- Ermənistan ordusu Tovuzu atəşə tutub
- Tovuzda 54 yaşlı qadın zəhərlənib, vəziyyəti ağırdır