Şəhid adını daşıyan bina 20 gündür susuzdur - Mingəçevirdən şikayət var (VİDEO)


16:33     22 Avqust 2019 2019/08/su-yoxdu2_1566475267.jpg

Mingəçevirdə şəhid adını daşıyan binanın hazırkı durumu ürək ağrıdır.


Femida.az xəbər verir ki, əsasən Ağdam rayonundan olan məcburi köçkünlərin yaşadığı şəhid Tahir Məhərrəmovun adını daşıyan Gənclər mərkəzi qəzalı vəziyyəti ilə diqqəti çəkib. Bina sakinlərinin saytımıza verdiyi məlumata görə ,Ağdam işğal olunan zamandan burada məskunlaşıblar. Binanın son günlər təhlükəli vəziyyət alması sakinləri ciddi narahat edir. Bu azmış kimi baxımsızlıq üzündən şəhid Tahir Məhərrəmovun şəkli olan lövhə dağılaraq ayaqlar altına düşüb. Bina sakinləri deyir ki, qəza vəziyyəti ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də cavab verən olmayıb.





Qızmar yayın günlərində bina sakinləri daha bir bəla ilə üzləşib. Artıq 20 gündən çoxdur ki, binaya suyun verilişi dayandırılıb. Azərsu ASC-nin yerli əməkdaşları bildiriblər ki, qeyd olunan bina heç bir qurumun tərkibində deyil. Bu səbəbdən də binaya yeni su xəttinin çəkilməsi sakinlərin öz vəsaiti hesabına olmalıdır. Bina sakinləri deyir ki, bugünədək suyu xüsusi qablarda qonşu binalardan və parkların həyətindən gətirirlər.

Xatırladaq ki, keçən il adıçəkilən binanın sakinləri etiraz aksiyası keçirmişdi.






Açar sözlər: #video  

Oxunub: 715