Donetskdə rus bayrağı asıldı – Qalmaqal


18:11     22 Avqust 2019 19_08_22_1566476732.jpg

Ukraynanın Donetsk vilayətində Rusiya bayrağı asılıb.

Femida.az xəbər verir ki, yerli sakinlər bu gün Rusiya bayrağının separatçılara məxsus bayraqla yanaşı asıldığını görüblər.

Bayraq yerli kitabxana, Xalq Şurasının binasının damında və Lenin heykəlinin olduğu əsas meydanda dalğalanıb.

Bayrağın avqustun 22-də Rusiya Dövlət Bayrağı Gününün qeyd olunması ilə əlaqədar asıldığı ehtimal edilir.

Açar sözlər:

Oxunub: 2150