Məhkəmədə ölüm hadisəsi - GƏNCƏDƏ


18:17     11 Noyabr 2015 mehkeme14.jpg

Gəncədə Apelyasiya Məhkəməsinin qarşısında ölüm hadisəsi baş verib.


Femida.az xəbər verir ki, bu gün səhər saatlarında Gədəbəy rayon sakini Şövqü Məmmədov boşandığı ailəsinə aliment verməsi ilə bağlı şikayətə baxılan prosesdə iştirak etmək üçün adıçəkilən məhkəməyə çağrılıb.

Amma məhkəmə prosesi başlamamışdan əvvəl onun vəziyyəti pisləşib və məhkəmə binasının qarşısında dünyasının dəyişib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1385