DİM abituriyentlərə müraciət edib
10:19 23 Avqust 2019
Dövlət İmtahan Mərkəzi (DİM) ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərə müraciət edib.
DİM-dən Femida.az-a verilən məlumatda bildirilib ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır.
Birinci mərhələdən sonra ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 27-dək davam edəcək.
Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanlar isə avqustun 23-dən sentyabrın 2-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Tam (11 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar isə avqustun 29-dək qeydiyyatda alınmalıdırlar.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.
Femida.az
Oxunub: 324
Oxşar xəbərlər
- DİM abituriyentlərə ediləcək güzəştlərin detallarını açıqlayıb
- DİM 25 339 abituriyent üçün qəbul imtahanı keçirəcək
- DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib
- Bu gün 16 mindən çox abituriyent imtahan verəcək
- Buraxılış imtahanında maksimal bal toplayan abituriyentlərin adları açıqlanıb
- DİM 26 mindən artıq abituriyent üçün qəbul imtahanı keçirəcək
- 147 abituriyent buraxılış imtaanlarından azad edilib
- Abituriyentlərin qeydiyyat müddəti uzadılıb
- Kolleclərin boş qalan yerlərinə qəbul olunan abituriyentlərin siyahısı açıqlanıb
- Jurnalist olmaq istəyən 760 abituriyent qabiliyyət imtahanı verəcək