Şamaxıda 26 km yol yenidən qurulur
11:28 23 Avqust 2019
Şamaxı rayonunun Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı kəndlərini birləşdirən avtomobil yolunun yenidən qurulması işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az -a bildirilib ki, başlanğıcını Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 115-ci kilometrindən götürən yerli əhəmiyyətli Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı yolunun uzunluğu 26,1 kilometr olmaqla IV texniki dərəcəlidir.
Layihə çərçivəsində yolun eninin 6-7 metrdən 10 metrə genişləndirilməsi və profilə salınması işləri aparılır. Tikintinin aparıldığı ərazi 250 min kvadratmetrdən çoxdur.
Şamaxı rayonunun sözügedən avtomobil yolunun yenidən qurulması ilə 5 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsi yaxşılaşacaq, yetişdirilən məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradılacaq, yolboyu yaşayan 4 minə yaxın əhali rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə edəcəklər.
Oxunub: 396
Oxşar xəbərlər
- Şamaxıda yol qəzasında ər və arvad xəsarət alıb
- Şamaxıda keçmiş məhkumun daşla öldürülməsi ilə bağlı cinayət işi açılıb
- Şamaxıda keçmiş məhkum daşla vurularaq öldürülüb
- Şamaxıda canavarlar mal-qaraya hücum ediblər
- Şamaxıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
- Şamaxıda qəbiristanlıqdan 3 000 manatlıq oğurluq olub
- Şamaxıdan gətirilərək sığınacağa yerləşdirilən uşaqların son durumu açıqlanıb
- Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlar dövlət nəzarətinə götürülüb
- DİN: Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlarla bağlı fakt nəzarətə götürülüb
- Şamaxıda qadını hədələyərək qızıllarını alan şəxs tutulub