Hacıqabulda mikroavtobus qəzaya düşdü - 8 yaralı var


11:38     23 Avqust 2019 1359952125_qeza-avariya-mainyeni.jpg

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Səhiyyə Nazirliyindən Femida.az -a bildirilib ki, mikroavtobusun qəzaya düşməsi səbəbilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına müxtəlif dərəcəli xəsarətlərlə 8 nəfər müraciət edib. Müraciət edən şəxslərdən 5 nəfəri qadın (62, 52, 36, 20, 17 yaşlı), 3-ü isə kişidir (43, 47 və 14 yaşlı).

Yaralılardan 6-nın xəsarətləri yüngül olduğundan gün ərzində ambulator müalicəyə buraxılacaqları gözlənilir. Digər iki nəfərin - 62 yaşlı qadın və 43 yaşlı kişinin müalicələri travmatologiya şöbəsində davam edir.



Vəziyyətləri orta-ağır stabil qiymətləndirilir.

Açar sözlər:

Oxunub: 397