Göyçayda oğrular tutuldu


12:32     23 Avqust 2019 19_08_23_1566549164.jpg


Göyçayda evdən külli miqdarda pul oğurlanıb.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 8-də Mırtı kəndindəki evlərin birindən 14 500 manat pul oğurlamaqda şübhəli bilinən kənd sakini E.Abseyidov saxlanılıb.

Bundan başqa, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 4-də rayon ərazisindəki evlərin birindən 7100 manat və 220 avro pul, habelə qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Qızılağac kənd sakini M.Səlimov saxlanılıb.

Femida.az

Açar sözlər: #Göyçay  

Oxunub: 385