Azərbaycanın irəlilədiyi mövqelərin görüntüsü yayıldı -VİDEO


13:19     23 Avqust 2019 19_08_23_1566552551.jpg

Son günlər Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinin təmas xəttində əldə etdiyi nailiyyət və sərhədçilərimizin xidməti və yaşayış şəraiti ölkə mətbuatının gündəmini zəbt edib.


DSX-nin “Qazax” sərhəd dəstəsinin Ağstafa və Qazax rayonları istiqamətində sərhəddlərin mühafizə və müdafiə işlərinin təşkili hər kəsə məlumdur. Bu barədə birmənalı olaraq DSX-nin mətbuat xidmətinin məlumatını bəzən mübaliğəyə yol verərək bəzən də təhrik edərək tirajlayan mətbuat orqanları da var.

Ordu.az olaraq bu cür şaiə və yalan məlumatlara son qoymaq üçün hərbi ekspert, ehtiyyatda olan mayor Ədalət Verdiyevin Qazax istiqamətində ön xəttə gördüklərini Sizə çatdırmaq istəyirik...

Hərbi ekspert döyüş mövqelərinin irəli çəkilərək yaradılan dörd yeni məntəqədə, həmçinin müasir standartlara cavab verən 70-dən çox məntəqənin bir çoxunda olub və 100 illik tarixi olan qoşun növünün keçdiyi inkişaf yolundan , hazırkı xidmətindən elə ön xəttə döyüş məntəqəsində söz açıb.

Ədalət Verdiyev müşahidə cihazları ilə irəli çəkilən məntəqələrin qarşısındakı düşmən mövqelərini də izləyib. Hərbi ekspert uğurlu əməliyyat nəticəsində əldə edilən nailiyyətlərə görə sərhədçilərimizə təşəkkürünü bildirib. Ədalət Verdiyevin gördükləri barədə söylədiklərini aşağıda yerləşdirilən videodan izləyə bilərsiniz.




Açar sözlər:

Oxunub: 599