Mərdəkan körpüsündən avtomobil aşıb, xəsarət alanlar var


14:04     23 Avqust 2019 1385526488qeza_avto_00.jpg

Mərdəkan körpüsündən avtomobil aşıb.

Səhiyyə Nazirliyindən Femida.az-a verilən məlumata görə, biri uşaq olmaqla üç nəfər xəsarət alıb.

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlardan 33 yaşlı kişiyə döş qəfəsinin əziyi, 31 yaşlı qadına qapalı kəllə beyin travması, döş qəfəsinin əziyi, 4 yaşlı oğlan uşağına isə sol baldırın əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 434