Nazirlik rüşvət iddiasına aydınlıq gətirdi


16:23     23 Avqust 2019 unvanli-sosial-yardim-alan-ailelerin-sayi-azalib.jpg


Bakının Nərimanov rayon sakini Orucova Xəyalə Fəxrəddin qızının sosial media səhifələrindən birində yayılmış videomüsahibəsində onun ailəsinə sosial yardım təyin edilməməsinə görə şikayəti və yardımın təyin olunmasına görə rüşvət istənilməsi barədə qeyd etdikləri əsaslı deyil.


Femida.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, həmin videomüsahibə ilə əlaqədar müvafiq araşdırma aparılarkən müəyyən edilib ki, X.Orucova ailəsinə sosial yardım alınması üçün sonuncu dəfə 2018-ci ildə elektron qaydada müraciət edib:

"Müraciətə baxılaraq, ailəsinin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olması və X.Orucovanın adında olan telefon nömrəsinin müraciət zamanı bəyan edilməməsi səbəblərindən sosial yardım təyinatından imtina qərarı verilib. (Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"na əsasən). İmtina edilməsinin səbəbləri X.Orucovanın diqqətinə çatdırılıb.

X.Orucova videomüsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşı kimi qeyd etdiyi Mirzə Nəbiyev adlı şəxsin ondan sosial yardım və ya pensiya təyin edilməsi müqabilində rüşvət istədiyini qeyd edir. Bununla əlaqədar diqqətə çatdırırıq ki, nə nazirlikdə, nə də DSMF sistemində Mirzə Nəbiyev adlı şəxs ümumiyyətlə işləmir".



Sağlamlıq imkanları məhdud uşağına görə aylıq təqaüdü (50 manat) ala bilməməsi ilə bağlı dediklərinə gəldikdə isə, F.Talıblı bildirib ki, X.Orucova həmin təqaüdü almaq üçün elə bu ay, yəni avqustun 9-da müraciət edib və müraciət etdikdən qısa müddət sonra da həmin aylıq təqaüd təsis edildiyi aprel ayından etibarən 5 ay (aprel, may, iyun, iyul və avqust) üzrə toplam olaraq 250 manat məbləğində onun kart hesabına köçürülüb.

"Ona görə də videomüsahibədə X.Orucovanın ailəsinə sosial yardım təyin edilməsi üçün ondan rüşvət istənilməsi və sağlamlıq imkanları məhdud uşağa qulluğa görə aylıq təqaüdü ala bilməməsi ilə bağlı səsləndirdiyi iddialar əsassızdır".

Femida.az

Açar sözlər:

Oxunub: 580