Azərbaycan metanolunun növbəti partiyası Ukraynaya çatdırıldı


16:42     23 Avqust 2019 19_08_23_1566564220.jpg


Avqustun 22-də Ukraynanın “Ukrqazdobıça” şirkəti üçün növbəti 3 min ton həcmində Azərbaycanda istehsal olunan metanol Qara dəniz yanacaq terminalına çatdırılıb.

Azərbaycan metanolu Türkiyə bayrağı altında üzən “Alahan” tankeri ilə nəql olunub.

Metanol tankerə avqustun 16-da Kulevi limanında (Gürcüstan, Qara dəniz) yüklənib.

Qeyd edək ki, metanol SOCAR-la “Ukrqazdobıça” arasında illik 15 min ton həcmdə metanolun tədarükü ilə bağlı müqavilə çərçivəsində nəql olunur. Ötən gün çatdırılan metanol ikinci partiyadır. İlk 3 min ton həcmində metanol iyunun əvvəlində tədarük edilib.

Azərbaycanda metanol istehsalı SOCAR-ın Qaradağ rayonunda yerləşən Metanol Zavodunda həyata keçirilir.

Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 412