Daha bir yanğın Qəbələdə başladı


17:32     23 Avqust 2019 19_08_23_1566567189.jpg

Qəbələ rayonunun Solquca kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında yanğın başlayıb.


Bu barədə Femida.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat daxil olub.

Yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülkü Müdafiə Qoşunlarının, Şimal-qərb Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin 1 ədəd helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 486