İstirahət günlərində hava necə olacaq?
09:25 24 Avqust 2019
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu dağətəyi rayonlarda 30-35, dağlıq rayonlarda 23-28 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsində isti və yağmursuz hava şəraiti müşahidə olunacaq. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-35, dağlıq rayonlarda 25-30 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək.
Paytaxtda hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 32-36 dərəcə isti təşkil edəcək.
Femida.az
Oxunub: 420
Oxşar xəbərlər
- İstirahət günlərində yol qəzalarında 11 nəfər ölüb
- İstirahətdən qayıdan ailə yol qəzasına düşüb, xəsarət alan var
- İstirahət günləri yol qəzalarında 5 nəfər ölüb
- İstirahət günlərinin hava proqnozu açıqlanıb
- İstirahət günlərinin hava proqnozu açıqlanıb
- İstirahət günlərinin havası
- İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb
- İstirahət günlərində gözlənilən hava proqnozu
- İstirahət günləri üçün hava proqnozu
- İstirahət günlərinin hava proqnozu açıqlanıb