Rusiya dənizdən raketlər atdı, hədəflər məhv edildi


10:15     24 Avqust 2019 19_08_24_1566627384.jpg

Rusiyanın “Tula” və “Yuri Dolqorukiy” sualtı qayıqları Arktik okeanının qütb bölgəsindən və Barents dənizindən “Sineva” və “Bulava” ballistik raketlərini buraxıb.

Femida.az RİA “Novosti”yə istinadən xəbər verir ki, raketlər Arxanqelsk bölgəsindəki “Çija”, Kamçatka yarımadasındakı “Kura” poliqonunda yerləşdirilən təlim hədəflərini uğurla vurub.
Qeyd edək ki, “Bulava” adlı raket 12 metr uzunluğundadır və ABŞ-ın II Dünya Savaşında Yaponiyanın Xirosima şəhərinə atdığı atom bombasından 100 dəfə güclüdür.

Açar sözlər:

Oxunub: 410