Tramp: G7 sammiti vaxt itkisidir
11:26 24 Avqust 2019
ABŞ Prezidenti Donald Tramp son aylar ərzində 24-26 avqustda Fransanın Biarritsa şəhərində keçiriləcək G7 sammitində iştirak etməli olduğundan gileylənib.
Bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata əsasən, ABŞ lideri ekologiya məsələlərinə həddən artıq diqqət ayrılan sammitdə iştirak etməyi vaxt itkisi hesab edir. Ağ Evdə Trampın qarşıdakı tədbirə gedib-getməyəcəyini mayın sonunadək bilən olmayıb.
Mənbənin bildirdiyinə görə, ABŞ Prezidenti daha çox ətraf mühitin müdafiəsi və okeanların çirkləndirilməsinə yox, dünya iqtisadiyyatındakı problemlərə, Birləşmiş Ştatlardakı vəziyyətə, onun administrasiyasının fəaliyyətinə diqqət ayırmağı istərdi. Bununla əlaqədar olaraq, onun köməkçiləri sammitdə kifayət qədər iqtisadi məsələlərin müzakirəsi üçün çalışıblar.
Tramp fransız həmkarı Emmanuel Makrona və Yaponiyanın Baş naziri Sindzo Abeyə də öz mövqeyini bildirib. Onlar görüşü buraxmamağı məsləhət görüblər.
Femida.az
Oxunub: 451
Oxşar xəbərlər
- Tramp: “ABŞ-ın Əfqanıstanda qoyduğu helikopterləri Rusiya və Çin götürüb"
- Tramp Baydeni Əfqanıstanda iflasa görə üzr istəməyə çağırıb
- Vəkillər Trampın impiçmentlə iş üzrə komandasını tərk ediblər
- Tramp yeni partiya qurmağa hazırlaşır?
- Trampın sonuncu fərmanı: Keçmiş məmurlar əfv olundu
- Tramp vida çıxışı etdi
- “YouTube” Trampın hesabını dondurdu
- Donald Trampa qarşı cinayət işi açıla bilər
- Tramp Baydeni "feyk prezident" adlandırdı
- Trampın müşaviri istefaya getdi