Axtarışda olan 25 nəfər saxlanılıb

Axtarışda olan 25 nəfər saxlanılıb


12:38     24 Avqust 2019 hebs_58.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilən 21 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən Femida.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Açar sözlər:

Oxunub: 146