Bu il 300-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib
13:45 24 Avqust 2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində bu ilin ötən dövründə 300-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, onlardan 200-nəfərdən çoxu uşaq serebral iflici olanlar, qalanları autizm və daun sindromlu, digər diaqnozlu uşaqlardır.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun dəstəyi nəticəsində yaradılan müəssisə ölkədə sağlamlıq imkanları məhdud uşaqlar üçün tibbi-sosial reabilitasiya imkanlarının artırılmasına, bu sahədə yüksək standartlara uyğun infrastrukturun formalaşdırılmasına mühüm töhfə olub. Müəssisədə uşaqlara dünya praktikasında özünü doğrultmuş qum terapiyası, habelə artterapiya üsullarından, müalicəvi vannalardan və s. istifadə şəraitində 15-dən çox növdə reabilitasiya xidmətləri göstərilir.
Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi kimi fəaliyyətə başladığı 2015-ci ilin oktyabr ayından bu vaxta qədər müəssisədə 1450-dək uşağa reabilitasiya xidmətləri göstərilib.
Femida.az
Oxunub: 523
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir