2,5 ton qarğıdalı oğurlayan dəstə ələ keçdi

2,5 ton qarğıdalı oğurlayan dəstə ələ keçdi


13:38     24 Avqust 2019 19_08_24_1566638915.jpg


Qusar rayonu ərazisindəki qarğıdalı sahəsindən 80 kisə qarğıdalı oğurlanıb.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 20-də Yasab-oba kəndi ərazisindəki qarğıdalı sahəsindən 2 ton 500 kiloqram (80 kisə) qarğıdalı oğurlamaqda şübhəli bilinən kənd sakinləri U.Əzizov, V.Şahbazov, M.Xalıfayev, İ.Əlistanov və Hiloba kənd sakini M.Fətiyev saxlanılıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 162