Şamaxıda quru ot və kol-kos yanır


15:12     24 Avqust 2019 2019/08/15-12-57-575d611ad0f1f68_1566645227.jpg

Şamaxıda yanğın başlayıb.

Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Şamaxı rayonunun Meysəri kəndi yaxınlığındakı ərazidə quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti və texnikası cəlb edilib.

Açar sözlər:

Oxunub: 563