Qarpız ağ çıxdığı üçün satıcını bıçaqladı


17:28     24 Avqust 2019 19_08_24_1566651598.jpg

ürkiyənin Adana şəhərində qarpız satan 19 yaşlı gənc bıçaqlanıb.

Femida.az xəbər verir ki, buna qarpızın ağ çıxması səbəb olub.

Belə ki, müştərilərdən biri Məhəmməd Əli Çelikdən 10 TL qarşılığında qarpız alıb. O, bir müddət sonra geri qayıdaraq qarpızın ağ çıxdığını deyib və pulunu geri istəyib.

Satıcı isə pulun əvəzinə, başqa bir qarpız verə biləcəyini deyib. Bu zaman müştəri əsəbləşərək Çelikə iki bıçaq zərbəsi endirib. Yaralı xəstəxanaya çatdırılıb, müalicə olunduqdan sonra evə buraxılıb.

Polis isə Çeliki bıçaqlayan şəxsi axtarır.

Açar sözlər:

Oxunub: 483