Azərbaycanda metanol istehsalının həcmi nə qədərdir?


21:14     24 Avqust 2019 19_08_24_1566667889.jpg

Bu günədək "SOCAR Metanol" zavodunda 226 min tonadək metanol istehsal olunub.

Bunu Femida.az-a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildiriblər.

Məlumata əsasən, bu ilin sonunadək 360 min ton məhsulun istehsalı planlaşdırılır. Bu məhsulun 97 faizi ixraca yönələcək.

Qeyd edək ki, "SOCAR Metanol" 2014-cü ilin yanvarında işə başlayıb. Zavodun istehsal gücü ildə 650-700 min ton təşkil edir.

Zavodun dəyəri 520 milyon dollar məbləğində ölçülür.

Femida.az

Açar sözlər:

Oxunub: 480