Azərbaycanlı futbolçunun itkin düşməsiylə bağlı xəbər yayıldı
21:50 24 Avqust 2019

Bakıda gənc oğlan itkin düşməsiylə bağlı xəbər yayılıb.
Trend-in yaydığı məlumata görə, Yeni Yasamal yaşayış massivində yaşayan, 1999-cu il təvəllüdlü Mehdiyev Pilağa Radil oğlu avqustun 21-də səhər saat 05 radələrində yaşadığı evdən çıxaraq məşqə gedib. P.Mehdiyev sonuncu dəfə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində görünsə də, bir daha evə qayıtmayıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, söhbət 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Pilağa Mehdiyevdən gedir. Məsələ ilə bağlı saytımıza açıqlama verən futbolçunun atası Radil Mehdiyev oğlunun evdə olduğunu bildirib. Pilağanın özü də əməkdaşımızla söhbətində yayılan xəbərin həqiqəti əks etdirmədiyini qeyd edib.
Qeyd edək ki, "Neftçi", "Qarabağ" kimi klubların əvəzedicilərində çıxış etmiş Pilağanın son klubu birinci divizonda mübarizə aparan "Ağsu" komandası olub.
Oxunub: 435
Oxşar xəbərlər
- Azərbaycanlı dənizçinin nəşinin olduğu gəmi limanda lövbər saldı
- Azərbaycanlılar bir ildə Türkiyədə 1300-ə yaxın ev alıb
- Azərbaycanlı vəkillərə beynəlxalq mükafat verildi
- Azərbaycanlılar Belçika bələdiyyəsinin Qarabağla bağlı qərarını dəyişdirdi
- Azərbaycanlılara işgəncə vermiş erməni həbs olundu
- Azərbaycanlı xanım Ukraynada deputat seçildi
- Azərbaycanlı alim vəfat edib
- Azərbaycanlı icmasından Belçika parlamentinə çağırış
- Azərbaycanlı hərbi əsirlərə qarşı qeyri-insani rəftarla əlaqədar AİHM-ə sorğu göndərilib
- Azərbaycanlı xanım Birləşmiş Ərəb Əmirliklərinin Nazirliyində vəzifəyə təyin olundu