Sumqayıtda şadlıq evi yanıb


01:27     25 Avqust 2019 19_08_25_1566682213.jpg

Sumqayıtda "Nur" şadlıq evi yanıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunublar. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Sumqayıt şəhərində “Nur” şadlıq sarayında baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.

Report Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı şadlıq sarayında olan 300 nəfərə qədər vətəndaş və 60 nəfər personal təhlükəsiz əraziyə təxliyə edilib.

Xəsarət alan olmayıb. Əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1071