Şəkidə baş vermiş yanğınlar 300 hektara yaxın ərazini əhatə edib
09:13 25 Avqust 2019
Avqustun 24-də Şəkidə baş vermiş yanğınlar tam söndürülüb, bununla belə, 300 hektara yaxın ərazi yanıb.
Femida.az -ın məlumatına görə, avqustun 24-ü günorta saatlarından başlayaraq Şəki rayonunun müxtəlif ərazilərində kol-kos, quru ot və biçilmiş taxıl sahələrində yanğınlar baş verib. Ümumilikdə rayon üzrə gün ərzində 12 müxtəlif ərazidə yanğın qeydə alınıb. Küləkli hava şəraiti səbəbindən yanğının söndürülməsində problemlər yaşanıb.
Ərazilərdə baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki, Zaqatala, Qax və Yevlax rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin ümumilikdə 10 yanğınsöndürən maşını, 100 nəfərə yaxın şəxsi heyəti, Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti və Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları cəlb edilib.
İrimiqyaslı yanğın Aşağı Göynük və Cunut kəndlərinin ərazisində, Şin çayının kənarlarında qeydə alınıb. Bu ərazilərdə baş verən yanğının söndürülməsinə 6 yanğınsöndürən maşın, 170 nəfər canlı qüvvə cəlb edilib. Yanğının genişlənərək yaşayış sahəsinə və meşə ərazisinə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində 250 hektar ərazidə kol-kos, quru ot və qismən xırda ağaclar yanıb.
Rayonun Aşağı Daşağıl kəndi ərazisində baş verən yanğın nəticəsində kənd sakinlərinə məxsus iki mal tövləsi, iki ot tayası yanıb. İki baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub, dörd baş heyvan isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Ötən gün rayonun 12 müxtəlif ərazilərində baş verən yanğınlar nəticəsində 300 hektara yaxın sahə yanıb.
Oxunub: 476
Oxşar xəbərlər
- Şəkidə avtomobil piyadanı vuraraq öldürüb
- Şəkidə traktor aşıb, iki nəfər ölüb
- DİN Şəkidəki ağır yol qəzasının başvermə səbəbini açıqlayıb
- Şəkidə narkotiklə saxlanılan şəxsin digər cinayət əməlinin üstü açılıb
- Şəkidə sel kəndlə şəhərin əlaqəsini kəsib, avtomobili aparıb
- Şəkidə qapı-pəncərə sexindən 15 min manatlıq oğurluq edən obyektin işçisi tutulub
- Şəkidə avtomobil çaya aşıb, xəsarət alanlar var
- Şəkidə avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
- Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var
- Şəkidə işləmək adı ilə evdən çıxan şəxs itkin düşüb