Bakıda gənc oğlan bıçaqlandı


09:26     25 Avqust 2019 bicaq.jpg

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə S.S.Axundov küçəsində qeydə alınıb.

Bildirilir ki, 2000-ci il təvəllüdlü Lətifli Mirsehran Seyidhəmzə oğlu metronun "Azadlıq prospekti" stansiyası yaxınlığında naməlum şəxslə mübahisə zamanı iki bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat olunub.

Cinayət faktı ilə əlaqədar polis əməliyyat tədbirləri aparır.

Açar sözlər:

Oxunub: 442