Sudanda yağışlar və daşqınlar səbəbindən azı 60 nəfər ölüb


10:30     25 Avqust 2019 19_08_25_1566713715.jpg

Sudanda iyulun əvvəlindən başlayan güclü yağışlar və daşqınlar nəticəsində azı 60 nəfər ölüb, 101 nəfər xəsarət alıb.

Femida.az xəbər verir ki, bu barədə “Sinhua” agentliyi yerli rəsmi dairələrə istinadən məlumat yayıb.

“Yağışlar və daşqınlar bütün ölkəni bürüyüb”, - ölkənin səhiyyə nazirinin müavini Süleyman Adbud-Cabbar belə deyib.

Bildirilir ki, yağıntılardan ən çox Ağ Nil əyaləti ziyan görüb. Ən çox ölüm halları evlərin və tikililərin dağılması, eləcə də elektrik cərəyanı vurması nəticəsində qeydə alınıb.

Açar sözlər:

Oxunub: 427