İsmayıllıda yas mərasimində ev uçub - Yaralılar var

İsmayıllıda yas mərasimində ev uçub - Yaralılar var


13:27     25 Avqust 2019 19_08_25_1566725287.jpg

İsmayıllı rayonunda bədbəxt hadisə baş verib, xeyli sayda yaralı var.
Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 12:30 radələrində rayonun Balik kəndində qeydə alınıb.
Kənddə yas mərasimi olan iki mərtəbəli yaşayış evinin döşəməsi insanların ağırlığına dözməyərək qəflətən çöküb. Dağıntı zamanı 10-a yaxın insan müxtəlif dərəcli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobilləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisə yeni baş verdiyi üçün yaralıların adları hələ ki məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 187