Neçə nəfər Azərbaycanın "qara siyahı"sına düşüb?


13:33     25 Avqust 2019 19_08_25_1566725425.jpg

Rəsmi Bakı Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfər edənləri "arzuolunmaz şəxslər" siyahısına salır.

Femida.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısında hazırda 803 şəxs var.

Onların içərisində deputatlar, musiqiçilər, jurnalistlər və başqaları var.



Qeyd edək ki, Azərbaycanın işğal altındakı ərazilərinə rəsmi Bakının icazəsi olmadan edilən səfərlər cinayət sayılır.

Həmin şəxslərə Cinayət Məcəlləsinin 318-ci maddəsilə (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) cinayət işi açılır.

Açar sözlər:

Oxunub: 411