Qubada dünən başlayan yanğın söndürülüb


13:57     25 Avqust 2019 19_08_25_1566725740.jpg

Avqustun 24-dən Quba rayonunun Çiçi bələdiyyəsi ərazisində başlayan yanğın söndürülüb.
Femida.az xəbər verir ki, yanğın 15 hektara yaxın ərazini əhatə edib. Alovun meşə ərazisinə keçməsinin qarşısı alınıb.

Yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti, yerli icra qurumlarının, hüquq-mühafizə orqanlarının nümayəndələri yaxından iştirak ediblər.

Açar sözlər:

Oxunub: 330